Deflyasiya

Deflyasiya (lat. deflatio — şişirmə) — yerli valyutanın alıcılıq qabiliyyətinin artması. Deflyasia əks istiqamətdə inflyasiyadır. Bir sıra səbəblərə görə inflayasiyadan ağır faktor hesab edilir[1].

Bu tədbir daxili iqtisadi vəzifələrin həllinə yönəlib, lakin kənar effekt kimi tədiyə balansının vəziyyəti də yaxşılaşır. Hesab edilir ki, deflyasiya siyasəti üçün ənənəvi olan nəticələr – istehsalın[2], investisiyalarıngəlirlərin həcminin aşağı düşməsi – idxalın azalmasına və ixracın genişləndirilməsi üçün ehtiyat güclərin artımına gətirib çıxarır. Deflyasiya üçün xarakterik olan faiz dərəcəsinin artırılması ölkəyə qısamüddətli kapital axınına səbəb olur. Lakin, deflyasiyanın digər aspekti də vardır[3]: o, ixracı azaldır və idxalı artırır, çünki deflyasiya zamanı milli valyutanın mübadilə məzənnəsi yüksəlir ki, bu da idxalatçıların imkanlarını genişləndirir. Ixracatçılar üçün isə milli valyutanın yüksək məzənnəsi ixracdan əldə edilən valyuta gəlirinin milli valyutaya dəyişdirilməsi zamanı daha az mənfəət əldə etmək deməkdir ki, bu da heç də ixracın stimulaşdırılmasına kömək etmir[4].

  1. Robert J. Barro and Vittorio Grilli (1994), European Macroeconomics, chap. 8, p. 142. ISBN 0-333-57764-7
  2. O'Sullivan, Arthur; Sheffrin, Steven M. Economics: Principles in Action. Upper Saddle River, New Jersey: Pearson Prentice Hall. 2003. səh. 343. ISBN 0-13-063085-3.
  3. Harry Wallop, Harry Wallop. "Deflation: why it is dangerous". The Telegraph. Telegraph Media Group. 18 November 2008. 8 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 September 2016.
  4. "The Economist explains: Why deflation is bad". Economist. Economist magazine. 7 Jan 2015. 26 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 September 2016.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search